Hikmət Hacıyev: Qlobal Cənubun səsi daha güclü şəkildə eşidilməlidir
"Qlobal Cənub qarşıdurma deyil, əməkdaşlıq və tərəfdaşlıq istəyir. Onların səsi eşidilməlidir”.
AFN.az xəbər verir ki, bunu "WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında, eləcə də Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu oynayır: "Baş Assambleyanın açılış iclasında da qeyd etdiyim kimi, dünya dəyişir və yeni dünya nizamı formalaşmaqdadır. Bu prosesdə Qlobal Cənub öz səsini daha güclü şəkildə qlobal səviyyədə eşitdirməlidir. Qlobal Cənub qarşıdurma deyil, əməkdaşlıq və tərəfdaşlıq istəyir. Onun səsi eşidilməlidir. Bunun üçün isə vətəndaş cəmiyyəti institutları fəal olmalıdır”.



