ABŞ NATO-ya etdiyi hərbi yardımları kəskin azaldacaq



ABŞ-nin avropalı müttəfiqlərinə NATO-ya ayırdığı hərbi yardımları əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını bildirdiyi və yaranacaq boşluğu doldurmaq üçün onları sürətlə hərəkətə keçməyə çağırdığı iddia edilib.

AFN.az xəbər verir ki, Almaniyanın "Der Spiegel" jurnalında yer alan xəbərdə ötən həftə Brüsseldəki NATO qərargahında keçirilən məxfi toplantıda Pentaqonun yüksək rütbəli rəsmisinin avropalı müttəfiqlərə ABŞ Prezidenti Donald Tramp administrasiyasının planları barədə məlumat verdiyi bildirilib.

Qeyd olunub ki, avropalı rəsmilər planlaşdırılan ixtisarların miqyasından şoka düşüblər.

Məlumata görə, ABŞ Müdafiə naziri Pit Hegsetin nümayəndəsi Aleksandr Velez-Qrin müttəfiqlərə Vaşinqtonun NATO-nun hazır qüvvələr bazasına daha az resurs ayırmağı planlaşdırdığını çatdırıb.

Bu plan çərçivəsində əməliyyatlara cəlb olunan pilotsuz uçuş aparatları (PUA), qırıcı təyyarələr, havada yanacaqdoldurma təyyarələri, həmçinin hərbi gəmilər və digər dəniz qüvvələrinin sayında ciddi azalma baş verəcək.

ABŞ-nin NATO-ya ayırdığı təyyarə sayını kəskin azaldacağı iddia edilən xəbərdə Vaşinqtonun avropalı müttəfiqlərinə qitədə nüvə çəkindirmə qüvvələrini saxlamağa davam edəcəyini, lakin Avropa ölkələrinin konvensional müdafiə sahəsində əsas məsuliyyəti öz üzərilərinə götürməli olduqlarını bildirdiyi vurğulanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu