Rəsmi Bakıdan ABŞ - İran razılaşmasına dair açıqlama


Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışladığını bildirib.

AFN.az xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

"Pakistanın danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəkdir", - deyə məlumatda qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu