Anar Bayramov MRT xidmətini vətəndaşlardan uzaqlaşdırır - ŞİKAYƏT


Anar Bayramovun TƏBİB-ə icraçı direktor təyin olunandan sonra aparılan islahatlar çərçivəsində MRT göndərişləri ilə bağlı da dəyişikliklər edildiyi bildirilir. 

Belə ki, ictimai fəal Aydın Fətiyev özünün sosial şəbəkə hesabında yaranmış vəziyyətlə bağlı yazıb. O bildirib ki, əvvəllər rayonlarda yaşayan vətəndaşlar, o cümlədən qazilər, yaşadıqları bölgəyə yaxın özəl klinikalara göndəriş ala bilirdilər: “İndi isə bir çox hallarda yalnız dövlət xəstəxanalarına, əsasən də Bakıya yönləndirilirlər. Bu hansı islahatdır? Vətəndaşın işini asanlaşdıran, yoxsa çətinləşdirən?Xaçmazdan, Qubadan, Qusardan, Siyəzəndən bir insan MRT üçün niyə Bakıya getməlidir? Niyə əlavə yol pulu xərcləməli, vaxt itirməli, əziyyət çəkməlidir? İslahatın məqsədi xidmətləri vətəndaşa yaxınlaşdırmaq olmalıdır. Təəssüf ki, hazırda baş verənlər bunun əksini göstərir. İnsanlar səhiyyədə rahatlıq yox, əlavə problemlərlə üzləşirlər”.

Məsələ ilə bağlı TƏBİB-in mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu