Pakistan Hindistana tətbiq etdiyi hava məkanı qadağasını 24 iyula qədər uzadıb



Pakistan Hindistana qarşı tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinin müddətini 24 iyul tarixinə qədər uzatmaq qərarı alıb.

AFN.az xəbər verir ki, "Geo News" telekanalının yaydığı məlumata görə, Pakistan Hava Limanları İdarəsi (PAA) Hindistana yönəlik hava sahəsi qadağasının müddətinin uzadıldığını bəyan edib.

Müvafiq qərara əsasən, Pakistanın hava məkanı Hindistan tərəfindən həyata keçiriləcək bütün növ kommersiya və hərbi uçuşlar üçün qapalı qalmağa davam edəcək.

Bundan əlavə, Hindistanın aviaşirkətləri tərəfindən icarəyə götürülən təyyarələrin də Pakistanın hava məkanından istifadə etməsinə icazə verilməyəcək.

Sözügedən hava məkanı qadağası 24 iyula qədər qüvvədə saxlanılacaq.

Xatırladaq ki, Hindistanın idarəçiliyindəki Cammu Kəşmirin Pahalgam bölgəsində 22 aprel 2025-ci ildə silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfərin həyatını itirdiyi terror hücumundan sonra iki ölkə arasındakı bütün ticarət əlaqələri dayandırılmış və hava məkanları qarşılıqlı olaraq bağlanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu