Veneseulada ard-arda iki güclü zəlzələ: Fövqəladə vəziyyət elan edildi
Veneseulada bir dəqiqədən az vaxt fərqi ilə 7,2 və 7,5 gücündə iki zəlzələ baş verib.
AFN.az xəbər verir ki, ölkədə genişmiqyaslı dağıntılara və ziyana yol açan təkanlardan sonra fövqəladə vəziyyət elan edilib, metro və qatar səfərləri dayandırılıb, hava limanı bağlanıb və dərslər təxirə salınıb.
Veneseulanın Müvəqqəti Dövlət Başçısı Delsi Rodriges ölkədəki zəlzələlərdə 32 nəfərin həyatını itirdiyini, 700-dən çox insanın isə yaralandığını bildirib.
Rodriges dövlət televiziyasında xalqa müraciəti zamanı Daxili İşlər Naziri Diosdado Kabelyo və Milli Məclisin sədri Xorxe Rodriges ilə birlikdə ölkədə fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.
Təcili yardım tədbirlərinə rəhbərlik etmək üçün bir generalı vəzifələndirən Rodriges qatar və metro səfərlərinin hələlik dayandırıldığını, dərslərin isə həftənin qalan günləri üçün təxirə salındığını qeyd edib.
Rodriges zəlzələdə yaxınlarını itirənlərə başsağlığı verərək Veneseula xalqını birlik olmağa çağırıb, lakin itkilərlə bağlı hələlik dəqiq bir rəqəm açıqlamayıb.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) ilk olaraq Yarakuy ştatının San Felipe şəhəri mərkəzli 7,2 gücündə zəlzələnin qeydə alındığını, bu təkandan 39 saniyə sonra isə 7,5 gücündə ikinci bir əsas zəlzələnin də baş verdiyini bəyan edib.
İlk zəlzələlərdən sonra bölgədə 20-dən çox artçı təkan qeydə alınıb.
Zəlzələdən ən ağır zərər çəkən bölgələrin La Quayra, Araqua, Karabobo və Falkon daxil olmaqla ölkənin şimal sahil zolağı olduğu bildirilib.
USGS yüksək can itkisi və genişmiqyaslı dağıntıların qaçılmaz olduğunu qeyd edərək, ölü sayının 10 mindən çox olma ehtimalını 44 faiz, 100 mindən çox olma ehtimalını isə 30 faiz olaraq qiymətləndirib.
Daxili İşlər Naziri Kabelyo isə öz növbəsində etdiyi açıqlamada hər şeyin 7 baldan çox olduğunu göstərən bir seysmik hadisənin baş verdiyini ifadə edib.
Kabelyo zəlzələnin Truxilyo, Yarakuy, Karabobo, Araqua, Miranda, Karakas və La Quayra ştatlarında şiddətli şəkildə hiss olunduğunu söyləyib.
Paytaxt Karakasda bəzi binaların çökdüyünü vurğulayan Kabelyo Beynəlxalq Mayketia Hava Limanının tavanının da uçduğunu və bütün uçuşların ləğv edildiyini bildirib.
Nazir həmçinin afterşokların riskinə görə vətəndaşlara evlərində qalmamaq barədə xəbərdarlıq edib.
Zəlzələdə yaralananların sayı və can itkisi ilə bağlı hələlik rəsmi bir açıqlama verilməyib.
Zəlzələnin şiddətli şəkildə hiss edildiyi paytaxt Karakasda elektrik enerjisi kəsilib, benzin təchizatı dayanıb və küçələrdə böyük panika yaşanıb.
Şəhərin şimalındakı San Bernardino şəhər ətrafı qəsəbəsində çoxmərtəbəli bir binanın çökdüyü, dağıntılar altında qalanları xilas etmək üçün işlərin davam etdiyi bildirilir.
Həmin məhəllədə ən azı bir nəfərin həyatını itirdiyi barədə hələlik təsdiqlənməmiş məlumatlar var.
Çakao bələdiyyə sədri Qustavo Duke Saez bələdiyyə sərhədləri daxilində ən azı iki binanın tamamilə çökdüyünü, konstruksiyasına ziyan dəymiş çox sayda bina olduğunu açıqlayıb.
Dağıntılar altından 18 nəfərin sağ xilas edildiyini bildirən Saez 500-dən çox xilasetmə əməkdaşının işlərini davam etdirdiyini ifadə edib.
İtkin düşən yaxınlarını axtaran vətəndaşlar üçün Altamira və Los Palos Qrandes meydanlarında təcili yardım mərkəzləri yaradılıb.
Karakasın şəhər kənarında yerləşən ölkənin əsas beynəlxalq hava limanı Mayketia tavanının bir hissəsinin çökməsi və baş verən ciddi ziyan səbəbindən uçuşlara bağlanıb.
Hava limanından paylaşılan görüntülərdə təkanlar zamanı sərnişinlərin düşən dağıntılardan qorunmaq üçün dəhlizlərdə qaçışdığı və tavanlardan sıx toz buludlarının yüksəldiyi görülüb.
Bölgədəki müxbirlər dağılan binaların altından insanların kömək qışqırıqlarının eşidildiyini ötürürlər.
Səlahiyyətlilər vətəndaşları afterşok ehtimalına qarşı zədəli binalara girməməyə və təhlükəsiz ərazilərdə gözləməyə çağırır.
ABŞ-nin Karakasdakı Səfirliyi də bəyanat yayaraq hadisələri yaxından izlədiklərini bildirib və əhalini zərər çəkmiş bölgələrdən uzaq durmağa səsləyib.
Zəlzələdə ölənlərin sayı ilə bağlı rəsmi şəxslər tərəfindən hələlik dəqiq bir ölüm və ya yaralanma hadisəsi bəyan edilməyib.
Xilasetmə qrupları və səlahiyyətlilər dağıntılar altında qalanları qurtarmaq üçün işlərini davam etdirirlər.
Bununla belə, USGS-nin bildirdiyinə görə, zəlzələnin vurduğu bölgə xüsusilə dayanıqsızdır.
Qurum bölgədəki bir çox binanın möhkəmləndirilmiş kərpic divar və çiy kərpic bloklardan tikildiyini və təkanların şiddətinin binaların uçması və ölümlərin yaşanması ehtimalının yüksək olduğu mənasına gəldiyini bəyan edib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) ölü sayının 10 minə çatma ehtimalının 40 faiz, 100 minə qədər yüksəlmə ehtimalının isə 36 faiz olduğunu diqqətə çatdırıb.
Sunami xəbərdarlıqlarına gəlincə, ilkin olaraq Veneseula sahilləri, ABŞ Virciniya adaları və Britaniya Virciniya adaları da daxil olmaqla Karib dənizinin bəzi bölgələri üçün sunami təhlükəsi xəbərdarlığı edilib.
Lakin sonradan bu xəbərdarlıqlar ləğv olunub.
ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələlərdən qaynaqlanan sunami təhlükəsinin bölgədə artıq mövcud olmadığını açıqlayıb.


