Kubada 5,8 bal gücündə zəlzələ baş verib



Kuba sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

AFN.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin mərkəz nöqtəsinin Qvantanamo bölgəsinə tabe olan Maisi məntəqəsinin 49 kilometr cənub-qərb sahilləri olduğunu açıqlayıb.

Təxminən 11,6 kilometr dərinlikdə baş verən yeraltı təkanlar nəticəsində can itkisi və ya ciddi dağıntı barədə məlumat daxil olmayıb. Fövqəladə hallar xidməti tərəfindən verilən məlumata görə, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Qeyd edək ki, təbii fəlakət ölkədə enerji sisteminin tamamilə çökdüyü və genişmiqyaslı elektrik kəsintilərinin yaşandığı bir vaxta təsadüf edib. Bu vəziyyət əhalidə əlavə təşviş yaratsa da, səlahiyyətlilər sakinləri təmkinli olmağa çağırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu