Etna vulkanının püskürməsi nəticəsində yaranan kül buludu uçuşları dayandırdı



İtaliyanın Siciliya adasındakı Etna vulkanında baş verən püskürmənin yaratdığı kül buludu səbəbindən Kataniya Hava Limanına uçuşlar müvəqqəti olaraq dayandırılıb. 

AFN.az xəbər verir ki, hava limanının operatoru SAC-ın sosial media hesabında yayılan açıqlamada Etnadan yüksələn külün hava limanı ətrafındakı hava məkanına yayılması ilə əlaqədar eniş uçuşlarının yerli vaxtla saat 15:00-a qədər dayandırıldığı bildirilib.

Açıqlamada vəziyyətin Kataniya Hava Limanındakı əməliyyatlara əhəmiyyətli dərəcədə təsir etdiyi qeyd edilərək, sərnişinlərə hava limanına getməzdən əvvəl uçuşlarının vəziyyətini aviaşirkətlərdən yoxlamaları tövsiyə olunub.

Etna vulkanı təxminən 3300 metr hündürlüyü ilə Avropa qitəsinin ən yüksək aktiv vulkanı olmaq xüsusiyyətini daşıyır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu