Ruanq vulkanı səbəbindən 12 min insan təxliyə edilib
İndoneziyada Ruanq vulkanında davam edən vulkanik fəaliyyətlər səbəbiylə bölgədəki 12 min insan üçün təxliyə qərarı verilib. Vulkanın püskürdüyü küllər Malayziyaya doğru gedir.
Ölkənin şimalında Ruanq adasında yerləşən Ruanq vulkanının dünən lava və kül püskürməsindən sonra bölgədə həyəcanlı gözləmə davam edir.
Vulkanın vulkanik fəaliyyətlərini davam etdirməsi ilə əlaqədar tədbir olaraq bölgədə 12 min adamın təxliyyə qərarı verilib.
Vulkanın yerləşdiyi Ruanq adası ötən ay baş verən partlayışlar nəticəsində tamamilə boşaldılıb və adada yaşayan 828 nəfər ətraf ərazilərə yerləşdirilib.
Son günlər partlayışların intensivləşməsi ilə əlaqədar təxliyyənin həcmi də artıb. Səlahiyyətlilər sunami riskinə qarşı Ruanq adası ətrafındakı digər adaları və Sulavesi əyalətinin sahillərini boşaltmağa qərar verib.
İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) tərəfindən edilən açıqlamada, vulkanda dünəndən bəri ən azı üç şiddətli partlayışın olduğu və bu partlayışlar nəticəsində əmələ gələn kül buludlarının 5 min metr yüksəkliyə bə və 1000 kilometr sahəyə yayıldığı bildiriblər.
Vulkan püskürmələri nəticəsində ətrafa yayılan küllər səbəbindən hava nəqliyyatında ciddi ləngimələr yaşanır. Bölgədəki 7 hava limanında uçuşlar tamamilə dayandırılıb.
Vulkanın püskürdüyü küllər qonşu ölkə Malayziyaya doğru irəliləyir.
2018-ci ildə İndoneziyada Anak Krakatoa vulkanının püskürməsi nəticəsində sunami baş vermiş, təbii fəlakət nəticəsində 426 nəfər həyatını itirmiş, on minlərlə insan yaralanmışdı.