İndoneziyada vulkan püskürməsi nəticəsində 1172 nəfər təxliyə edilib


İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində vulkanın püskürməsindən sonra bölgədə yaşayan 1172 nəfər təxliyə edilib.


"Antara News"un məlumatına görə, əyalətin Şərqi Flores bölgəsindəki Levotobi Laki-laki vulkanı dünən aktivləşib.

Bölgə rəsmiləri vulkanik fəaliyyətdən zərər çəkmiş qadın və uşaqların da olduğu 1172 sakinin təxliyə edildiyini bildiriblər.

Səlahiyyətlilər təxliyə edilənlər üçün sığınacaqlar yaradıldığını, yemək və ədyalla təmin olunduğunu bildirib.

Bölgədə araşdırmaya başlanıldığı da qeyd edilib.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) tərəfindən edilən açıqlamada vulkanın 1000-1500 metr yüksəkliyə kül atdığı vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu