İndoneziyada vulkan püskürməsinə görə fövqəladə vəziyyət elan edilib


İndoneziyanın şimalında Ruanq vulkanının püskürməsi ilə əlaqədar bölgələrdə 828 nəfərin təxliyəsi qərara alınıb.



İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari püskürmə səbəbilə bölgədən 828 nəfərin təxliyə edildiyini və aprelin 29-na qədər fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Muhari həmçinin bildirib ki, püskürmədən sonra ətrafa yayılan kül ətrafdakı rabitə şəbəkələrinə ziyan vurub.

Vulkanın xəbərdarlıq səviyyəsinin 3-ə yüksəldildiyi barədə məlumatı paylaşan Muhari sakinlərə və turistlərə diqqətli olmalarını və vulkanın ətrafındakı 4 kilometrlik əraziyə girməməyi tövsiyə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu