Brent neftinin bir barreli 88,02 dollardan satılır



Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 88,02 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 87,93 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçers müqaviləsi üzrə bir barrelinin qiyməti günü 87,72 dollardan başa vurub.

Brent neftinin bir barrelinin qiyməti bu gün saat 10:15 etibarilə əvvəlki bağlanışla müqayisədə 0,34 faiz artaraq 88,02 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin sentyabr fyuçers müqaviləsi üzrə bir barrelinin qiyməti də 82,50 dollar təşkil edib.

Neft qiymətlərinin artmasına ABŞ ilə İran arasında müharibəni sona çatdırmağa və Hörmüz boğazını yenidən açmağa yönəlmiş razılaşma ilə bağlı ümidlərin azalması təsir edib.

İrana qarşı mümkün genişmiqyaslı hücum üçün qapını açıq saxlayan ABŞ Prezidenti Donald Tramp, müharibə təzminatı tələb edən İranın son 50 ildə Yaxın Şərqə vurduğu zərərlərə görə təzminat ödəməli olduğunu irəli sürüb.

İranın iqtisadi baxımdan çox çətin vəziyyətdə olduğunu və hətta öz hərbçilərinə maaş ödəyə bilmədiyini iddia edən Tramp, buna baxmayaraq İranın hərbi baxımdan hələ də Hörmüz boğazında problem yarada biləcək imkanlara sahib olduğunu bildirib.

“Hörmüz boğazı hazırda açıqdır və boğaz tamamilə bizim donanmamızın nəzarəti altındadır”, - deyən Tramp boğazdan yalnız onların icazə verdiyi tankerlərin keçə bildiyini, digər gəmilərin isə blokadaya ilişdiyini bildirib.

Analitiklər Hörmüz və Bab əl-Məndəb boğazlarındakı risklərin yaxın müddətdə enerji axınlarını və tanker daşımalarını məhdudlaşdırmağa davam edə biləcəyini bildirirlər.

ABŞ ilə İran arasındakı danışıqlarda tərəflərin geri addım atmaması halında neft bazarının bir müddət daha yüksək dəyişkənliklə üzləşə biləcəyi proqnozlaşdırılır. Brent neftinin bir barrelinin 75-95 dollar aralığında hərəkət edə biləcəyi gözlənilir.

Brent neftində texniki baxımdan 88,31 dolların müqavimət, 87,55 dolların isə dəstək zonası kimi izlənilə biləcəyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu