"Brent" markalı neftin barreli 88,32 dollardan satılır
"Brent" markalı neftin barreli beynəlxalq fyuçers bazarlarında 88,32 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 91,42 dollara qədər yüksələn "Brent" neftinin müddətli barrel qiyməti günü 89,22 dollarla başa vurub.
"Brent" neftinin barrel qiyməti bu gün saat 10:29 radələrində bağlanma qiymətinə nisbətən təxminən 1 faiz azalaraq 88,32 dollar olub.
Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftin barreli isə 81,98 dollardan alıcı tapıb.
Neft qiymətləri ABŞ və İran arasında 10 günlük atəşkəs əldə oluna biləcəyinə dair diplomatik təşəbbüslərin bazarlardakı tədarük kəsintisi narahatlıqlarını zəiflətməsi ilə geriləyib.
Hörmüz boğazındakı təhlükəsizlik risklərinin artması, tanker hərəkəti ilə bağlı narahatlıqların dərinləşməsi və husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz mühasirəsi hədəsi qlobal neft tədarükünə dair qayğıları artırarkən, geopolitik risklərin neft qiymətləri üzərindəki təzyiqini davam etdirib.
"Brent" neftində texniki baxımdan 87,76 dolların dəstək, 89,08 dolların isə müqavimət zonası olaraq izlənilə biləcəyi bildirilir.
