AFFA “Turan Tovuz”u haqlı çıxardı: Hakim yanlış qərar verib
Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 5-ci turunda baş verən qalmaqallı epizodları şərh edib.
AFN.az xəbər verir ki, o, “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda baş hakim Elçin Məsiyevin təyin etdiyi penaltinin yanlış qərar olduğunu bildirib.
Qeyd edək ki, “Turan Tovuz” qapılarına təyin olunan penalti ilə bağlı bəyanat yaymışdı.
