Xocavənddə TTY bölməsi fəaliyyətə başlayıb


Beyləqandakı Xocavənd təcili tibbi yardım bölməsi doğma ünvanına köçüb

Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi də artıq öz doğma ünvanında – Xocavənd rayonunda xidmət göstərməyə başlayıb.

AFN.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Bölmədə tibb və qeyri-tibb işçisi olmaqla 22 nəfər əməkdaş çalışır.

TƏBİB tərəfindən həyata keçirilən bu tədbirlər təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılması, tibbi xidmətlərin vətəndaşlara daha çevik və səmərəli şəkildə göstərilməsi, eləcə də xidmət keyfiyyətinin davamlı olaraq yüksəldilməsi məqsədinə xidmət edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu