İndoneziyada yanğınlar 175 min tənəffüs yolu infeksiyasına səbəb olub



İndoneziyada meşə və ərazi yanğınlarından təsirlənən bölgələrdə avqust ayından etibarən təxminən 175 min kəskin respirator infeksiya halı qeydə alınıb.

AFN.az xəbər verir ki, İndoneziya Səhiyyə Nazirliyi yanğınların təsirinə məruz qalan ərazilərdə tənəffüs yolu infeksiyalarının artdığını açıqlayıb.

Səhiyyə Nazirliyinin sözçüsü Berton Panjaitan bildirib ki, 18 avqust-21 sentyabr tarixlərində 6 vilayətdə yanğından təsirlənən 63 ərazidə təxminən 175 min kəskin respirator infeksiya halı qeydə alınıb.

Panjaitan əlverişsiz hava şəraitindən ən çox uşaqların təsirləndiyini qeyd edib. Onun sözlərinə görə, 5 yaşdan kiçik uşaqlarda 40 min 363 tənəffüs yolu infeksiyası halı aşkarlanıb.

Meşə yanğınlarının aylardır davam etdiyi ölkədə iyun ayından etibarən müşahidə olunan quraq hava yanğınların Sumatra və Kalimantan boyunca yayılmasını sürətləndirib.

Rəsmi Antara xəbər agentliyinin hökumət məlumatlarına əsasən yaydığı xəbərə görə, İndoneziya avqust ayından etibarən yanğınlarla mübarizə üçün 64 təyyarə və 54 min 394 əməkdaş cəlb edib.

Yanğınlar İndoneziyada genişmiqyaslı dumanın yaranmasına və havanın keyfiyyətinin pisləşməsinə səbəb olub. Tüstü qonşu Malayziya və Sinqapura da təsir edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu