Pakistan hava çirkliliyindən əziyyət çəkənlər üçün səyyar klinikalar yaradıb
Pakistanda hökumət Pəncab əyalətində havanın çirklənməsinin yaratdığı tənəffüs xəstəlikləri səbəbiylə hər gün təxminən 70 min insanın xəstəxanalara müraciət etdiyini, xəstəxanalardakı çarpayıların sayının artırıldığını və xəstəxanalara müalicə üçün gedə bilməyən vətəndaşlara isə səyyar klinikalar yaradıldığını açıqlayıb.
Pakistan mətbuatında yer alan xəbərlərə görə, 127 milyon əhalisi ilə ölkənin ən sıx əyaləti olan Pəncab oktyabr ayından bəri davam edən rekord çirklənmə dalğasının təsiri altındadır.
Pakistanın Ətraf Mühitin Mühafizəsi Departamentinin məlumatına görə, əyalətin hava çirkliliyindən təsirlənən iki şəhəri olan Lahor və Multan hava keyfiyyəti indeksinin təxminən 400 dəyəri ilə bu gün dünyanın ən çirkli iki şəhəri olaraq qalır. Qeyd edək ki, hava keyfiyyəti indeksinin 300-dən yuxarı olması sağlamlığa zərərli hesab olunur.
Mütəxəssislər havanın çirklənməsinə çoxlu sayda nəqliyyat vasitələrinin, tikinti və sənaye işlərinin, həmçinin küləşlərin yandırılmasının səbəb olduğunu bildiriblər.
Hökumət havanın çirklənməsi nəticəsində yaranan tənəffüs pozğunluqları səbəbindən hər gün xəstəxanalara müraciət edən təxminən 70 min insanın müalicəsi üçün səyyar klinikalar yaradıldığını və xəstəxanalardakı çarpayıların sayının artırıldığını açıqlayıb.
Xatırladaq ki, dünən Pəncab əyalətində təhlükəli həddə çatan havanın çirklənməsi kosmosdan da görünməyə başlayıb.
Mənbə: AA