"Qarabağ"-"Neftçi" oyunu sükutla başlayacaq
Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaq.
Bu barədə Ağdam klubundan məlumat verilib.
Buna səbəb “Qarabağ” klubunun təsisçilərindən biri olmuş Adil Nadirovun dünyasını dəyişməsidir.
Klubdan bildirilib ki, oyun fevralın 3-də olsa da, bir dəqiqəlik sükut üçün Peşəkar Futbol Liqasına müraciət ediləcək.
Qeyd edilir ki, A.Nadirovun mədə-bağırsaq sistemində narahatçılığı olub. Onun həmçinin ürək nahiyəsindən şikayətləndiyi və tez-tez xəstəxanaya getdiyi bildirilib.