Əxlaqsızlıq yuvası işlədən vəzifəli şəxs saxlanıldı




Sumqayıtda fahişəxana işlədən vəzifəli şəxs saxlanılıb.



Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyat Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşları trəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 244–cü (əxlaqsızlıq yuvaları saxlama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə axtarışda olan E.Muradov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu