Küçəyə atılan uşaqlarla bağlı hansı qərar veriləcək?-
Bərdədə anası tərəfindən küçəyə atılan uşaqlarla bağlı komitə tərəfindən araşdırma aparılır.
Bu barədə Azvision.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiyavə analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.
Komitə rəsmisi faktla bağlı iş açıldığını bildirib: "Yerli icra hakimiyyətinin nəzdində monitorinq komissiyası həmin qadının qohumlarla münasibəti, ailədaxili məsələləri, şiddətin olub-olmadığını araşdırır. Uşaqların atası var, amma rəsmi nikah məsələsi ancaq sənədlərlə bəlli ola bilər. Ailə üzvlərinin sənədləri yoxlanılır və digər məsələlər dəqiqləşdirilir”.
E.Səfərov qeyd edib ki, yaxın günlərdə ailə ilə bağlı yekun qərar veriləcək. “Valideyn vəzifələrinin sui-istifadə olunması və ya vəzifələrin yerinə yetirilməməsi ilə bağlı cərimənin tətbiq edilməsi, yerli icra hakimiyyətləri nəzdində valideyn hüquqlarının məhdudlaşdırılması və ya məhkəmə qərarı əsasında valideyn hüququnun ləğv edilməsi ola bilər. Komitə olaraq məsələni nəzarət altında saxlayırıq, qərar gecikəndə artıq müdaxilə etmək hüququmuz var”.