BP Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmaq istəyir




BP 2019-2020-ci illərdə Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır.

Bunu Trend-ə "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, quyulardan dördünün bu il, ikisinin isə gələn il qazılacağı nəzərdə tutulur: "Nəticələrin necə olacağı qazma prosesindən asılı olacaq. "Şəfəq-Asiman" yatağından müsbət nəticələr gözləyirik. Bu yataqda qaz ehtiyatlarının "Şahdəniz"dəki qədər olması mümkündür".

B.Aslanbəyli vurğulayıb ki, nəticələrdən asılı olaraq ortamüddətli plan hazırlanacaq.

Qeyd edək ki, "BP Azerbaijan" "Azəri-Çıraq-Günəşli" və "Şəfəq-Asiman" yataqlarının operatorudur.

"Şəfəq-Asiman"da SOCAR və BP-nin hər birinin iştirak payı 50 faizdir. Blokun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu