BDU-da “Elm günü”nə həsr olunmuş müsabiqə keçiriləcək- ELAN




Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş müsabiqə keçiriləcək. Şərtlərə görə, müsabiqədə yalnız hazırda Bakı Dövlət Universitetində çalışan əməkdaşlar iştirak edə bilərlər. Müsabiqədə iştirak edəcək namizədlər uyğun müraciət formasını doldurmalı və öz imzaları ilə təsdiq etməlidirlər.



Təbiət elmləri sahəsində tədqiqatlar aparan namizədlər müsabiqədə “Ən məhsuldar müəllif”, “Ən çox istinad edilən müəllif”, “Ən yüksək H-indeksli müəllif” nominasiyaları üzrə iştirak edə bilərlər.
Humanitar elmlər üzrə və 35 yaşı tamam olmamış elmi tədqiqatçılar isə “Web of Science” bazasının, SCI-Exp, SSCI və A&HCI indeksləri olan jurnallarda çap olunmuş məqalələrin sayı nəzərə alınmaqla qalib seçiləcəklər. Müraciət formaları 1 mart 2019-cu il tarixinə qədər uyğun struktur rəhbərləri tərəfindən toplanaraq Cəbr və həndəsə kafedrasının əməkdaşı Vüsalə Qasımovaya (Yeni tədris korpusu, 517 saylı otaq) təqdim edilməlidir.
Qaliblər mükafatlandırılacaqlar.

Müsabiqə haqqında elan və müraciət forması aşağıdakı linkdə:

http://bsu.edu.az/az/news/bduda_elm_gnn_hsr_olunmu_msabiq_keirilck__elan?fbclid=IwAR0w1lieMot1BpRxUxn4i_mWPJkLhlT08embxuP5qGOHu0EHwpniX0olNZU



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu