Xocalı soyqrımı Muğlada anıldı- FOTOLAR





Türkiyənin Muğla şəhərində Muğla Sıtkı Koçman Unibersitetində Türk Dünyası Topluluğunun təşkil etdiyi Azərbaycan Türk Evinin sədri Tənzilə Rüstəmxanlının fəxri qonaq olduğu “27 yılında Hocalı soykırımı” konfrans böyük bir həyəcan içində izlənilib.

AFN xəbər verir ki, tədbir Xocalı soyqrımı və Türk dünyası şəhidlərinin xatirəsinə sayqı duruşu və Türkiyə Azərbaycan himnlərinin oxunması ilə başlayıb.

İlk öncə çıxış edən Muğla Sıtkı Koçman Universitetinin bölüm başkanı Türk Dünyası Topluluğunun rəhbəri Gülsine Uzun qonaqları salamlayaraq Tənzilə Rüstəmxanlıya konferansda iştitakına görə minnətdarlığını qeyd edib .

Konferansın fəxri qonağı olan Tənzilə Rüstəmxanlının çıxışı konfrans iştirakçıları tərəfindən coşqumaraqla dinlənilib.

ATEV sədri çıxışında sözdə “erməni soyqırımı” yalanına qarşı mübarizədə Qərbi Azərbaycan (İrəvan mahalı – indiki Ermənistan) məsələsini yenidən gündəmə gətirilməsinin çıxış yolu olduğunu vurğulayaraq Türkiyə dövlətini, ictimaiyyətini, aydınları , bir sözlə bütün türk xalqını bu məsələdə Azərbaycanın yanında olmağa çağırıb.

ATEV sədri daha sonra İstanbulda Xocalı Soyqırımının anım günü ilə əlaqədar “Palmali” Şirkətlər Qrupu, “Yeni Çağ” Media Qrupu Azərbaycan Türkiyə Evi və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkil etdiyi böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyasına diqüət çəkərək Hər kəsi kompqniyaya dəstəy vetməyə çağırıb.

Xatırladaq ki, ATEV sədri fevralın 22 sindən Türkiyənim müxtəlif şəhərlərinə Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlərdə iştirak edir. səfərdə ATEV-in icraçı direktotu İnterpress.az saytının baş redaktoru Toğrul Allahverdili iştirak edir.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu