Azərbaycan XİN Pakistan-Hindistan münaqişəsi barədə




Azərbaycan Hindistan və Pakistanı vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur.



Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan Cənubi Asiyada sülh və təhlükəsizlik üçün zəruri olan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir: "Ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bölgədə zorakılığa son qoyulması, eləcə də sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönələn bütün səyləri dəstəkləyir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu