Təşkilatı və layihəni necə idarə etməli?- Saatlıda 3 günlük təlim keçirilib




“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində fevralın 21, 22 və 24-də Saatlı rayonunda 3 günlük təlim keçirib.

“Təşkilatın və layihənin idarə olunması" mövzusunda keçirilən təlimdə yerli QHT nümayəndələrin iştirak edib.

AFN xəbər verir ki, təlimin məqsədi ictimai birliyin təşkilati strukturu və idarəedilməsi, fəailiyyət prinsipləri, əmlakı və maliyyə mənbələri, könüllülük fəaliyyət haqqında, təşkilata lazım olan işçi heyətinin müəyyən edilməsi, vakansiyalar üzrə iş təsvirləri, vakant yerlərin elan verilməsi, müsabiqə qaydaları-(necə təşkil etməli), idarə heyətinin iclasları və ümumi yığıncağı barədə, keçirilən iclasların və yığıncaqlarının protokollarının tərtibi qaydası haqqında məlumatlar verilib. İctimai birliklərə bir neçə layihənin idarə olunması, donorlarla bağlanmış müqavilələr və onların şərtləri haqqında, yeni vergi və DSMF - rüblük və illik hesabatları mövzuları da haqqında da bilgi verilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu