"Bu fərmanın veriləcəyinə inanırdıq"- Qənirə Paşayeva




Millət vəkili Qənirə Paşayeva Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman haqda fikirlərini bölüşüb.

AFN xəbər verir ki, o bu barədə aşağıdakı fikirləri səsləndirib: "Vətəndaşların problemli kreditləri ilə bağlı məsələni Milli Məclisdə qaldıran bir millət vəkili olaraq cənab Prezidentin vətəndaşların problemli kreditləri probleminin həll edilməsi ilə bağlı tapşırıqlar verəcəyinə inanırdım. Demək olar ki, hər ay vətəndaşlardan problemli kreditlərlə bağlı məktublar alırdıq, onlarla görüşlərdə bununla bağlı müraciətləri olurdu və mənə müraciət edən vətəndaşlar hər zaman cənab Prezidentin onların bu problemini həll edəcəyinə inandıqlarını bildirirdilər. Cənab Prezidentin problemli kreditlərin həllinə yönələn fərmanı çox önəmli addımdır və bu fərmana görə özümün və seçicilərimin adından təşəkkürümü bildirirəm. Bu sənəd yüz minlərlə insanın problemini köklü şəkildə həll etmək imkanı verməklə yanaşı, onların sosial vəziyyətinə də müsbət təsir edən çox mühüm bir addımdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu