İsmayıllıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib
Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli rayonlarının ardınca növbəti səyyar satış mart ayının 9-da Astara rayonunun Kijəbə qəsəbəsində baş tutub.
Bu rayona yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə ediblər.
Astara rayonunda keçirilən səyyar satış zamanı Kijəbə və ətraf 12 kənd üzrə 102 vətəndaş müraciət edərək onlardan 72 vətəndaş səyyar satışdan güzəştli şərtlərə gübrə əldə edib. Astarada keçirilən səyyat satışda 16,7 ton ammonium nitrat, 2,6 ton ammonium sulfat, 2,2 ton nitroammofoska gübrəsi satılıb.
Bu rayona ən yaxın kəndlər olan Qəzli, Qruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və digər ətraf kəndlərinin sakinləri səyyar satışdan yararlana bilib.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə ediblər.
Sabirabad rayonunda keçirilən səyyar satış zamanı Qəzli və ətraf 6 kənddən 70 vətəndaş müraciət edərək 46,4 ton ammonium nitrat gübrəsi alıb.