Bərdədə məcburi köçkünlər qanbağışlama aksiyasında iştirak ediblər




Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə son vaxtlar birbaşa müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər ixtisaslaşdırılmış tibbi müayinəyə cəlb olunurlar.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Dövlət Komitəsi məcburi köçkünlərin sağlamlığının qorunmasına önəm verdiyi kimi, onların özlərinin də humanitar aksiyalarda iştirakını dəstəkləyir. Bu ilin əvvəllərində komitədə vətən keşikçiləri - hərbçilər üçün qanbağışlama aksiyası keçirilib. Bərdə rayonu ərazisindəki 866 ailəlik yaşayış kompleksində belə bir aksiya təşkil olunub. Mərkəzi Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan nümunələri götürüblər. Toplanmış nümunələr irsi qan xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərin müalicəsində istifadə ediləcək.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdədəki nümayəndəsi Yunis Məmmədov və Mənzil İstismar Sahəsinin rəisi Surxay Hüseynov aksiyanın təşkilində fəallıq göstəriblər.

Bu cür aksiyalar Bərdə rayonunun məcburi köçkünlər yaşayan digər qəsəbələrində də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu