“Karyerada ilk addım” bu dəfə Bakı Mühəndislik Universitetində




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Mühəndislik Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.



Tədbirdə tələbə və məzunlara yiyələndikləri ixtisaslar üzrə əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib, onlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq imkanı yaradılıb.

Aktiv məşğulluq tədbirində 3-ü dövlət, 70-ci özəl sektora aid olmaqla ümumilikdə 73 müəssisə tərəfindən 543, eyni zamanda, Bakı Mühəndislik Universiteti tərəfindən dəvət olunan 14 özəl müəssisə tərəfindən 234 vakant iş yeri təqdim edilib. İştirakçılara seçdikləri və ixtisaslarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Həmçinin tələbə və məzunlar işəgötürənlərin nümayəndələrinə öz CV-lərini təqdim ediblər.

Eləcə də qeyd olunan 73 müəssisədən 26-sı tərəfindən tələbə və məzunlara təcrübə proqramları (onlarda təcrübə keçmək üçün) təklif olunub. Ayrı-ayrı iştirakçılar bu proqramlarda iştirak etmək üçün qeydiyyata alınıblar.















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu