Daha iki təhsil müəssisəsində tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Qərbi Kaspi Universiteti və Sumqayıt Dövlət Universitetinin nəzdindəki Sumqayıt Texniki Kollecində “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.



Tədbirdə təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib. Tələbə və məzunlara ümumilikdə 78 müəssisədən 524 vakant iş yeri və 21 təcrübə proqramı təklif olunub. Gənclər işəgötürənlərə şəxsi məlumatlarını təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadr seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb. Tələbə və məzunlara peşəyönümü məsləhət xidməti də göstərilib, peşə hazırlığı kursları və əlavə təhsil kursları barədə məlumatlar verilib.

“Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirləri tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir. Cari il ərzində 10 universitetdə belə tədbirlərin keçirilməsi nəzərdə tutulub.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu