Binəqədi rayonunda Novruz şənliyi keçirilib- VİDEO




Martın 19-da Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsinəki Heydər Əliyev adına parkda Novruz şənliyi keçirilib.



AFN xəbər verir ki, şənlikdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Kamaləddin Qafarov, Madər Musayev, Azay Quliyev, xarici ölkə səfirliklərinin ölkəmizdə akkreditə olunmuş bir qrup əməkdaşı, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qonaqları və yerli sakinləri parkın girişində ulu Dədə Qorqud və Bahar qız qarşılayıb, onları Novruz bayramı münasibəti ilə təbrik edib, xalqımıza əmin-amanlıq, hamıya ruzi-bərəkət və uğurlar arzulayıblar. Qonaqlara xalqımızın qədim ənənəsinə uyğun olaraq duz- çörək və Qarabağımızda yetişən xarı bülbül təqdim edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şənlik iştirakçılarını salamlayaraq , ölkəmizdə gedən son quruculuq işləri və nailiyyətlər haqqında danışıb, sözü tədbirin iştirakçılarına və gənc istedadlara verib. İstedadlı kollektivlərin təqdim etdikləri rəngarəng ifalar və tematik səhnəciklər Novruz şənliyinə toplaşanların böyük marağına səbəb olub.

Respublikamızın bölgələri üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə ayrı-ayrı rayonların geyim nümunələri, mətbəxi və turizm potensialı ilə bağlı geniş informasiya verilib. Çadırların önündə qonaqları salamlayan, yurdumuzun müxtəlif tarixi qəhrəmanlarının obrazını canlandıran aktyorların oyunu da maraqla qarşılanıb.

Şənlik rayonun bədii özfəaliyyət kollektivlərinin və tanınmış ifaçıların böyük bayram konserti ilə başa çatıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu