Ramazan ayının başlama vaxtı məlum oldu




Mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür.

AFN Trend-ə istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

Qurani-Kərimin nazil edildiyi Ramazan ayında oruc tutmaq Allah tərəfindən bütün müsəlmanlara vacib edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu