Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi olacaq




Sabah Azərbaycanda müqəddəs Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.

AFN xəbər verir ki, Qədr gecələri Ramazan ayının 19, 21 və 23-cü gecələridir.

2020-ci ildə bu gecələr mayın 12-dən 13-nə, 14-dən 15-nə və 16-dan 17-nə keçən gecələrdir.

Qeyd edək ki, İslam dininin müqəddəs kitabı olan Qurani-Kərim məhz Qədr gecəsində Məhəmməd Peyğəmbərə (s) nazil olub. Əvvəlki illərdə Qədr gecələri zamanı insanlar məscidlərə üz tutaraq orada əhya saxlayırdılar. Lakin pandemiyaya görə məscidlərin bağlı olması səbəbindən insanlar bu gecəni öz evlərində keçirərək müxtəlif dualar oxuyacaq, ibadətlər edəcək və sübhə qədər oyaq qalacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu