"Bakcell" Novruz bayramını Azərbaycan xalqı ilə birgə keçirib
"Bakcell" Novruz bayramı münasibətilə ümumxalq şənliyinə qatılıb. Şirkət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş “Bahar Qalası” festivalının sponsoru olub.
Şirkətdən AFN-ə verilən məlumata görə, mart ayının 20-dən 26-na kimi davam etmiş ənənəvi “Bahar Qalası” festivalında milli-tətbiqi sənət məhsulları, rəsm əsərləri, yerli sənətkarların hazırladıqları əl işləri, suvenirlərin satış-sərgisi nümayiş olunub. Festival çərçivəsində təşkil edilmiş konsert proqramı, tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında rəqslər və nəğmələr təqdim edib, Azərbaycan estradasının ulduzlarının ifasında sevilən mahnılar səsləndirilib. Həmçinin, martın 23-də “Bahar Qalası” festivalının xüsusi qonağı olan Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edib.
Azərbaycan xalqına hər zaman yaxın olan Bakcell şirkəti ölkənin milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək “Bahar Qalası” festivalının sponsoru olub. Festival çərçivəsində İçərişəhərdə quraşdırılmış Bakcell stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar “Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar.
Qeyd edək ki, İçərişəhərdə keçirilmiş festival və ümumxalq Novruz şənliyində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib.