Bu gün həmsədrlər XİN rəhbərləri ilə görüşəcək
Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirəcəklər.
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında sabah Vyanada baş tutacaq ilk rəsmi görüşdən gözlənilən nəticələrlə bağlı sualı cavablandırarkən deyib.
“Bildirmək istəyirəm ki, bu gün həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşü çərçivəsində bütün məsələlər, o cümlədən də toxunduğunuz məsələ (prezidentlərin ilk rəsmi görüşü) də müzakirə olunacaq. Həmçinin, bugünkü görüşdə münaqişə ətrafındakı mövcud vəziyyətin tam analizi aparılacaq və yekun nəticə barədə daha sonra məlumat veriləcək”, – deyə Zaxarova vurğulayıb. (Azvision)