Bakıda məscidin axundu qətlə yetirildi
Martın 31-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb.
Virtualaz.org hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbəyə istinadən xəbər verir ki, Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngindən güllələyib.
Qətl törətdikdən sonra Hüseynbala Şamilov hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun saxlanılması üçün operativ-axtarış tədbirlərini həyata keçirirlər.
Qeyd olunur ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.