Xızıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək




Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.



Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satışlar aprel ayının 3-də Xızı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün DAİM-in müdiri Mirzəyev Vidadi (+994 55 671 24 44) ilə əlaqə saxlaya bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu