Masallıda və Lerikdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib
Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satış aprel ayının 12-də Masallı rayonunun Həsənli kəndində, aprel ayının 13-də Lerik rayonunun Nodada kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcəkdir. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Masallı rayonu üzrə +9940502871212 (Seymur Nuriyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Lerik rayonu üzrə +9940506775125 (Mahmud Zahidov Lerik Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) ilə əlaqə saxlaya bilərlər.