AFN yazdı, Füzuli Ələkbərovun "obyekti" bağlandı- FOTOLAR




Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsinin sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olması haqda məlumat vermişdik.

Xatırladaq ki, AFN-in araşdırması zamanı şəhərin arxitektura görünüşünə xələl gətirən həmin sahədə qanunsuz dayanacaq fəaliyyət göstərdiyi aşkarlanmışdı. Kvadrat formasını təşkil edən torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var. Torpaq sahəsinə görə Əmlak məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb. Torpağın kadastr plan, ayrıc aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.
Ərazi dayanacaq kimi fəaliyyət göstərirdi və araşdırmamız zamanı bizə verilən məlumata görə, vergisi də ödənmirdi.
AFN-in xəbərinə görə, ərazidə fəaliyyət göstərən dayanacaq ləğv edilib. Belə ki, müvafiq dövlət qurumlarının əməkdaşları əraziyə gələrək, burada avtomobillərin park edilməsinin qarşısını alıblar. Hasarlanmış əraziyə giriş-çıxış bağlanıb. Hazırda oranın dayanacaq kimi istifadəsinin qadağan edildiyi bildirilir.
Mövzunu diqqətdə saxlayacağıq.


(əvvəl)

(sonra)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu