“Breyn Rinq” izlə, “Nar"dan hədiyyə qazan!




Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”-ın baş sponsorluq etdiyi “Breyn Rinq” intellektual bilik yarışlarının on üçüncü mövsümü davam edir.

Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi müsabiqə keçirilir. Beləki, yarışın yayımı zamanı “Nar”ın “Facebook” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, “Nar”-dan hədiyyə qazanmaq şansı da əldə edirlər.

Mart ayının qalibləri olan “Facebook” istifadəçilərinin adları artıq məlumdur: Elşən Kazımov, Ceyhun Məhərrəmov və Əli Məmmədov.

Qeyd edək ki, “Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda “Nar” kubokunun sahibi olacaq.

Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.

Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından əldə etmək mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu