Dövlət Əmək Müfəttişliyi Xidməti son 3 ayda 3089 müraciəti cavablandırıb
2019-cu ilin I rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 1770 vətəndaş müraciəti, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 564 məktub araşdırılaraq cavablandırılıb.
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən istifadə məsələləri ilə bağlı dövlət orqanları, işəgötürənlər və vətəndaşlardan daxil olan 755 sorğu da Xidmət tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb, onlara texniki yardımın göstərilməsi təmin olunub.
Xidmət əməkdaşları tərəfindən 324 vətəndaş fərdi qaydada qəbul edilib, onların müxtəlif mövzularla bağlı ərizə, şikayət və sorğuları qəbul edilərək araşdırılmasının təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilib.