“Zavuç” təhdid etdi ki, Elina ilə bağlı yazdığını silməsən..."-




Xəbər verdiyimiz kimi, bu gün 162 nömrəli məktəbin qarşısında intihar edən şagird Elina Hacıyevanın anım mərasimi keçirilib.

Mərəsimdə iştirak edən mərhumun rəfiqəsi Züleyxa Şirinova “Qafqazinfo”ya açıqlamasında Elina ilə bağlı paylaşımlara görə, məktəb rəhbərliyinin onu da təhdid etdiyini iddia edib: “Elina 4 aprel tarixində məktəbin 3-cü mərtəbəsindən özünü atıb. Buna səbəb isə onu məktəbdə çox qınamaları idi. Biz onunla və anasıyla birlikdə şikayət etmişdik, ancaq qulaq asan yox idi. Nədənsə, media və digərləri, o öləndən sonra məsələyə qarışdı. Anası polisə gedəndə, biz şikayət edəndə heç kəs bizə fikir vermirdi. Elinanın anası direktora şikayət edəndə o, sənədləri anasının üzünə çırpdı. Elina öləndən sonra mən bunu sosial şəbəkədə yaydım.

Səhər direktor müavini mənə zəng vurub dedi ki, bunu silməsən, ciddi problemlərin olacaq. Məlum oldu ki, burada təkcə məni təhdid etməyiblər. Onlar bunun yayılmağını istəmirdilər. Elina özünü atandan sonra onlar yerdəki və qızın üstündəki qanı silirdilər ki, heç kim başa düşməsin. O, deyirdi ki, qoy evə qədər sürünsün.

Elina saçını rəngləyəndə, rəngli corablar geyinəndə ona qarşı pis davranırdılar. Bura belə məktəbdir, bilmirəm niyə belə edirdilər”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu