Azərbaycanın təbii qaz ixracı artıb




Yanvar-mart aylarında təbii qaz ixracı ölkə üzrə artaraq 3,2 milyard kubmetr təşkil edib.

Bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, bu göstərici 2018-ci ilin analoji dövrünə nisbətən 27 faiz çoxdur.

Xatırladaq ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə “Şahdəniz-2” qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 milyard kubmetr kommersiya məqsədli qaz nəql edilib.

Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 456 min ton təşkil edib, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5 faiz artım qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu