Qəzaya düşən Əməkdar artistin vəziyyəti ağırdır




Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzası keçirib.

Qaynarinfo xəbər verir ki, aktrisanın vəziyyətinin ağır olduğu bildirilib. Xanlarovanın "Instagram" səhifəsində yaxınları paylaşım edərək, onun səhhətinin pişləşdiyi vurğulayıblar: "Keçirdiyi avtomobil qəzası nəticəsində Mehriban xanımın səhhətində ciddi problemlər yaranıb. Hal-hazırda vəziyyəti orta ağırdır. Dualarınıza ehtiyacı var".

Qeyd edək ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Ötən gün aktrisanın vəziyyətinin yaxşı olduğu açıqlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu