İnsan alveri ilə mübarizə ilə bağlı Qubada tədbir keçirilib




Qubada insan alveri ilə mübarizə ilə bağlı tədbir keçirilib.

AFN xəbər verir ki, tədbir Azərbaycan Respublikası Daxili İşlər və Təhsil nazirliklərinin birgə təşkilatçılıgı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alverinin qurbanlarına psixoloji-hüquqi yardımın göstərilməsi və insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində baş tutub. Azərbaycan Dövlət Pedaqoji Universtetinin Quba filalında və Quba şəhərində valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində keçirilən tədbirdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və "XXI Əsrin Qadınları”İctimai Birliyin sədri Mahirə Əmirhüseynova çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

M.Əmirhüseynova dövlət başçısı cənab İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın uğurla icra olunduğunu vurğulayıb. M.Əmirhüseynova bu gün İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyətin yüksək səviyyədə oldugunu və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə apardıgını önə çəkib. O, eyni zamanda, İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə quruldugunu bildirib.

M.Əmirhüseynova insan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını vurğulayıb. QHT rəhbəri

həyata keçirilən layihənin əsas məqsədi insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib. “XXI ƏsrinQadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova qeydedib ki, İctimai Birliyiə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım, hüquqşünaslar tərəfindən onların problemlərinin həlli, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquqyardım göstəriləcək.

Həmçinin DİN-ninİnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis-mayoru Emin Əsədov çıxışında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən vətəndaşları insan alverinə necə cəlb etmələri, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Natiq tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatandırıb.

ADPU-nin Quba filalının dirktoru Əli Allahverdiyev, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Quba şəhər valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinin direktoru Xanım Bayramova və Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin direktoru Eynulla Xeyrullayev mövu ilə baglı fikirlərini bölüşüblər.

Tədbirdə müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb, bu sahədə hazırlanmış filmlər nümayiş etdirilib və bukletlər paylanılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu