“Qalatasaray” liderliyi ələ keçirib- VİDEO




Türkiyə Super Liqasında XXXI turun daha üç oyunu keçirilib.



Turun mərkəzi oyununda ilk “üçlük”də qərarlaşan “Qalatasaray”la “Beşiktaş” qarşılaşıb.

İstanbul derbisində “sarı-qırmızılar” qələbə qazanıblar. 2:0 hesabı ilə qalib gələn “Qalatasaray” xal hesabında “Başakşəhər”ə çataraq əlavə göstəricilərdə liderliyi ələ keçirib.

“Yeni Malatyaspor” səfərdə “Akhisar”a qalib gəlib. “Göztəpə” isə “Antalyaspor”u darmadağın edib.

Qeyd edək ki, tura mayın 6-da yekun vurulacaq.

Türkiyə Super Liqası
XXXI tur
5 may
“Akhisar” – “Yeni Malatyaspor” – 0:2
Lopes, 50 (avtoqol), Bifuma, 66
“Göztəpə” – “Antalyaspor” – 4:1
Gurler, 11, 72, Kadah, 35 (pen.), 66 (pen.) – Erdinc, 18
“Qalatasaray” – “Beşiktaş” – 2:0
Onyekuru, 44, Fernando, 54

[media=https://www.youtube.com/watch?v=3slTYxswsFs]

Mənbə:ONA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu