Ramil Zeynalov beynəlxalq müsabiqədə mükafat qazanıb




Oxu.Az saytının fotoqrafı Ramil Zeynalov beynəlxalq fotomüsabiqədə mükafat qazanıb.



Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilən “SPRING CLICKS-2019” adlı fotomüsabiqəyə 56 ölkədən 315 fotoqraf dörd mindən artıq foto təqdim edib.

Sərbəst rəngli və sərbəst ağ-qara, səyahət və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan doqquz nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 507 mükafata 208 fotoqraf layiq görülüb ki, onların arasında Oxu.Az-ın fotoqrafı Ramil Zeynalov da var.

Bundan başqa, Azərbaycandan olan fotoqraflar Rəşad Mehdiyev, Kərim Abbasov, Şahin Sərdarov, Aleksandr Firstov, Orxan Əzimov və Nadejda Cavadova da mükafat qazananlar siyahısındadır.

Azərbaycanlı fotoqraflar tərəfindən toplam 13 mükafat əldə olunub. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu