Ramil Zeynalov daha bir beynəlxalq müsabiqədə mükafat qazanıb - FOTOLAR




Oxu.Az-ın fotoqrafı Ramil Zeynalov Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə keçirilən “28-ci FIAP Rəngli Biennal” adlı beynəlxalq fotomüsabiqədə mükafatçılar sırasına düşüb.



Məlumatlara görə, onun “Mən qalibəm” (“I am winner”) fotosu Kataloniya Fotoqrafiya Federasiyasının mükafatını qazanıb.

Xatırladaq ki, federasiyalararası fotomüsabiqə bu ilin yanvar-mart aylarında FIAP-ın himayədarlığı altında İspaniyada keçirilib.

Müsabiqəyə dünyanın 45 ölkəsindən 1118 foto təqdim olunub. Qiymətləndirmə prosesi fotoların fərdi və ümumi qrup şəklində olmaqla, iki mərhələdə aparılıb.

Mükafatlandırma mərasiminin bu ilin noyabr ayının 2-də Andorrada keçirilməsi nəzərdə tutulur.

Azərbaycanı ilk dəfə bu yarışmada 22 fotoqrafla “ArtFaktor” Foto Agentliyi təmsil edib.

Əksəriyyəti “Gilavar” Azərbaycan Foto Klubunun, eləcə də, Azərbaycan Fotoqraflar Birliyinin üzvlərindən ibarət peşəkar fotoqraflar tərəfindən idman (rəqəmsal) və uşaqlar (çap) mövzuları üzrə 30 foto təqdim edilib.

Çap və rəqəmsal fotoların fərdi qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 102 və 226 bal toplayıblar. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə 14-cü yerə layiq görülüblər. (Oxu.az)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu