Daun sindromlu uşaqlar "Huner Group"da - FOTOLAR




"Huner Group" 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir təşkil edib.



Şirkətin baş ofisində təşkil olunan tədbirə Qayğı - Sağlam Nəsil Naminə İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən uşaqlar dəvət olunub.

Uşaqlar "Huner Group"un baş ofisini gəzib, ofisin Flexhouse sisteminə əsaslanan istirahət guşələrində əyləniblər. Onlar üçün əvvəlcədən hazırlanmış kinozalda cizgi filmi izləyib, karaoke otağında şən mahnılar və oynaq musiqi sədaları altında rəqs ediblər. Azyaşlılar uşaq oyun zalında müxtəlif oyunlar oynayarkən digər uşaqlar futbol və basketbol meydançasında yarışıblar.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu