21 Mart -Beynəlxalq Daun Sindromlu İnsanlar Günü
Daun sindromu ilə əlaqədar təqvim günü ilk dəfə 2006-cı ildə Cenevrə universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib. Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq simpoziumda Avropa və ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromlu İnsanların Günü elan olunub.
Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 xrosom olur. Artıq olan 1 xromosom isə qeyri-cinsi xromosom hesab edilir. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur.
Daun Sindromu və Fərqindəlik gününün mart ayının 21-nin seçilməsi heç də təsadüfi deyil, bu, xromosomlardan birinin üçləşməsi nəticəsində yaranan Daun sindromunun rəmzi əlamətidir. Sindromdan əziyyət çəkənlərdə 21-ci xromosomun üç surəti mövcuddur. Həmin gün təqvimdə öz əksini üçüncü ayın 21-ci günü kimi tapıb.
Bu uşaqlar bir-birilərinə çox bənzəyirlər. Elə buna görə də sindroma “monqolizm” də deyilir. Yəni uşaqlar xüsusilə göz quruluşuna görə monqollara bənzədilirlər. Amma problem uşağın simasında yox, əqli inkişafındadır. Belə ki, bu sindromu daşıyan əksər uşaqlarda intellektual inkişafda geriqalmalar müşahidə olunur. Amma bu sindromun da yüngül, orta, ağır dərəcələri var. Daun sindromu mövzusunda iki şey çox dəqiqdir. Birincisi, Daun sindromunun qaynağı ana-ata deyil və hamiləliyin əvvəlində və ya hamiləlikdə olan heç birşey uşağın Daun sindromlu doğulmasına səbəb ola bilməz. İkincisi isə, digər uşaqlar kimi Daun sindromlu uşaqların özünəməxsus düşüncələri, bacarıqları olur. Sonrakı uşağın Daun sindromlu olması riski yüksək deyil, ancaq istisnalar vardır.
Daun sindromunun fiziki əlamətləri
Özünəməxsus üz quruluşu olur;
Ovucda olan çizgilər normalda ikidirsə, onlarda təkdir. Bu uşaqların ovucları enli, barmaqları qısa, çeçələ barmaq bir az içəriyə doğru bükülmüş olur. Bir çox uşaqlarda göstərici barmaqla baş barmaq arasındakı məsafənin çox böyük olmasındadır.
Boyun qısa olması;
Kəlləsi kiçik və yumru olub üz nahiyəsində yastılaşır;
Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır;
Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşü olur;
Daun sindromu ilə dünayaya gələn uşaqların infeksiyadan və xarici təsirlərdən daha çox qorunmağa meyilli olan bədənləri vardır. Doğuşdan sonra körpəyə xüsusi diqqət lazımdır. Xarici görünüşünü və hərəkət qabiliyyətini daha yaxşı hala gətirmək üçün bir neçə müalicə metodları tətbiq oluna bilər. Məsələn, ayna qarşısında uşağın mimikalarının inkişafını təmin edib bu əzələlərin hərkətliliyinin artmasına şərait yaratmaq olar. Dil və ağız bölgəsində buz gəzdirərək həssaslığı artırmaq olar. Daun sindromunda fiziki müalicə xəstəyə önəmli şəkildə kömək edər və əqli baxımdan da yararlı olar. Ona görə də belə insanlara mütləq şəkildə reabilitasiya vacibdir. Həmçinin bildirmək lazımdır ki, Daun sindromlu uşaqların ailələri də bu mövzuda maarifləndirilməli və uşaqların sosial həyata adaptasiyası üçün psixoloqlarla birgə çalışmalıdırlar.Xüsusən bu uşaqlara dil masajları, artikulyar masajlar daha erkən dönəmlərdə başlanmalıdır. Ona görə də belə insanlara mütləq şəkildə reabilitasiya vacibdir.
Bu gün əslində simvolik bir gündür, Daun sindromlu uşaqlara, insanlara hər gün xüsusi qayğı və sevgiylə yanaşmaq lazımdır. Unutmaq olmaz ki, Daun Sindromu xəstəlik deyil, genetik bir fərqindəlikdir!